Mandarin seçərkən nələrə diqqət etməlisiniz...

Mandarin seçərkən nələrə diqqət etməlisiniz...
  • Maraqlı

  • Mandarin alarkən onun rənginə və formasına diqqət etməlisiniz.

    Moskva şəhərinin Dövlət İnspeksiyasının mütəxəssisləri üzərində qara nöqtələr olmayan narıncı və narıncı-qırmızımtıl mandarinləri almağınızı tövsiyyə edir. Onların sözlərinə görə, yaxşı mandarini ətrinə görə təyin etmək olmur. Meyvə çox yumşaqdırsa, bu onun çürük olmasının göstəricisidir. Mandarinləri 4 həftəyədək, 3-8 dərəcədə saxlamaq lazımdır.

    Qeyd edək ki, günümüzdə 50 növ mandarin mövcuddur. Yeməli və dekorativ növləri olan bu meyvənin ən məşhur çeşidlərı tenjerin, klementin, mineol və satsumdur. İlk dəfə Çində yetişdirilən bu meyvənin ətri stresi azaltmaq və əhval-ruhiyyəni qaldırmaq kimi xüsusiyyətlərə malikdir. Həmçinin, Çində mandarin zənginlik simvolu hesab edilir.

    Bizimyol.info
    PAYLAŞ:

    Oxşar xəbərlər