Bakıda qatarla təcili tibbi yardım maşınının toqquşması barədə RƏSMİ AÇIQLAMA

Bakıda qatarla təcili tibbi yardım maşınının toqquşması barədə RƏSMİ AÇIQLAMA
  • Manşet / Olay

  • "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qala stansiyasında baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

    Asiya.az xəbər verir ki, QSC-dən bildirilib ki, hadisə bu gün saat 03:45 radələrində baş verib.

    Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

    Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.

    Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

    İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü "Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər