Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO

Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO
  • Mədəniyyət

  • Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.

    Asiya.az oxu.az-a istinadən bildirir ki, nazlı-qəmzəli sənətçi şəxsi "İnstagram" hesabında kilsədən foto yayımlayıb.

    Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

    Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:

    "Necə yəni, Xumar xristiandır?", "Xumar, dininizi dəyişmisiz?", "Xumar, nə üçün kilsəyə getmisiz?", "Bəlkə yeni klip çəkdirirsiz?"...

    Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova "susmaq qızıldır" prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər