Süleymani bu səbəbə görə öldürülüb

Süleymani bu səbəbə görə öldürülüb
  • Dünya / Manşet

  • ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.

    RİA-nın xəbərinə görə, o bildirib ki, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı:

    "ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün "düzgün yol” seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq”.

    Bundan əvvəl Tramp ABŞ-n Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.

    Yanvarın 3-də Süleymanini əvəz edən İsmayıl Qaani ABŞ-ın Yaxın Şərqdəki vətəndaşlarını öldürəcəyini deyib:

    "Bir az səbirli olun, Orta Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz”.
    PAYLAŞ:

    Oxşar xəbərlər