“Araqlarda 1 il, şərablarda 6 ay…” – Spirtli içkilərdən zəhərlənməmək üçün EKSPERT MƏSLƏHƏTİ

“Araqlarda 1 il, şərablarda 6 ay…” – Spirtli içkilərdən zəhərlənməmək üçün EKSPERT MƏSLƏHƏTİ
  • Müsahibə

  • "Spirtli içkilər bazarı Azərbaycan əmtəə bazarının ən çirklənmiş seqmentlərindəndir”.

    Asiya.az xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri son günlər spirtli içkidən, xüsusən də viskidən 8 nəfərin zəhərlənməsi və 4 nəfərin ölümü ilə nəticələnən olaya münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:

    "Bir il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxta spirtli içki hazırlanması ilə bağlı aşkarladığı fakt və keçirdikləri əməliyyat zamanı tanınmış berndlərlə markalanan çoxlu sayda saxta spirtli içkilərin hazırlanması üzə çıxdı. Amma təəssüf ki, başlanan bu prosesə ictimai dəstək verilmədi. Bu da onu göstərir ki, saxta içkilərə qarşı mübarizədə ictimai dəstək yox dərəcəsindədir”.

    Həmsöhbətimizin fikrincə, məhz ictimai dəstəyin yetərincə olmamasının nəticəsidir ki, saxta spirtli içkiləri hazırlanması və bu fonda insanlarımızın zəhərlənməsi prosesigeniş vüsət alıb: "Belə hallara qarşı səmərəli mübarizəni təşkil etmək üçün ictimai nəzarət həyata keçirilməlidir. İnsanlarımız bilməlidir ki, Azərbaycanda gürcü restoranları adı altında fəaliyyət göstərən iaşə obyektlərində verilən şərablar heç də Gürcüstandan gətirilmir. Gürcüstandan Azərbaycana açıq şərab gətirilmir. Onlar kustar üsulla daxildə hazırlanan şərablardır”.

    Birlik sədri belə hallara qarşı mübarizənin gücləndirilməsi üçün əhalinin, istehlakçıların maarifləndiriməsinin vacib olduğu qənaətindədir: "Saxta spirtli içkilərin istehsalının və dövriyyəsinin qarşısının alınması məqsədilə insanlar maarifləndirilməlidir. İstehlakçı imkan daxilində malın sertifikatını tələb etməlidir. Malın üzərində istehsal və son yararlılıq müddətinə baxmaq lazımdır. Əhali bilməlidir ki, saxlanılma müddəti araqlarda 1 ildir, şərablarda 6 aydır, konyaklarda isə 3 ildir. Hansı malın üzərində istehsal tarixi və son yararlılıq tarixi yoxdursa həmin malları almaq və istehlak etməkdən imtina etməliyik. Aksiz markasına da diqqət yetirilməlidir. Aksiz markasının üzərində gümüşü zolaq var, orada Azərbaycanın gerbi görünür”.

    E.Hüseynov düşünür ki, saxta spirtli içkilərlə mübarizə tədbirləri birmənalı olaraq Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır: "Çünki onların böyük məlumat bazası və imkanları var. Eyni zamanda əhalinin maarifçilik səviyyəsini qaldırmaqla Daxili İşlər Nazirliyinin bu istiqamətdəki fəaliyyətinə ictimai dəstək verilməlidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər