Prezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdi- Video

Prezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdi- Video
  • İqtisadiyyat

  • Prezident İlham Əliyev Vüqar Əhmədovun "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

    Qeyd edək ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr postu 2018-ci ildən boş idi.

    "Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə "Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi"

    Asiya.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Əhmədovu "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib ki, qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər