İstifadəçilər "WhatsApp"ı kütləvi şəkildə silir

İstifadəçilər "WhatsApp"ı kütləvi şəkildə silir
  • Maraqlı

  • Dünyanın ən böyük mesajlaşma platforması sayılan "WhatsApp"da yenilik olacaq.

    Yeni versiyada istifadəçilərin hekayə paylaşdıqları bölmədə reklamlar görünəcək.

    1,5 milyard istifadəçisi olan şirkətin bu qərarı narazılıqla qarşılanıb. Çox sayda istifadəçi şirkətin sahibi Mark Zukerberqə "Facebook" sosial şəbəkəsində öz tənqidlərini yazıb və bunu edəcəyi təqdirdə, platformanı tərk edəcəyini deyib.

    Xatırladaq ki, "WhatsApp" 2012-ci ildə istifadəçilərinə platformanın gəlir məqsədli istifadə edilməyəcəyi və istifadəçilərinin məlumatlarını toplamayacağı barədə söz vermişdi. (publika.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər