Qətlə yetirilən 10 yaşlı Nərmin dəfn edildi - FOTO

Qətlə yetirilən 10 yaşlı Nərmin dəfn edildi - FOTO
  • Sosial

  • Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.

    APA-nın yerli bürosunun verdiyi xəbərə görə, N.Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.


    Qətlə yetirilən 10 yaşlı Nərmin dəfn edildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər