Şəhid hərbçimiz dəfn olundu - FOTO

Şəhid hərbçimiz dəfn olundu - FOTO
  • Cəmiyyət / Manşet

  • Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib.

    APA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.

    Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.

    DSX-dən APA -ya verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

    F.Fərzəliyev Ucar rayonunun Alpı kəndində anadan olub. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. O, bu ilin aprel ayında hərbi xidmətini başa vuracaqdı.

    Şəhidin bir bacısı və bir qardaşı var. Evin sonbeşiyi olan F.Fərzəliyev nişanlı olub.


    Şəhid hərbçimiz dəfn olundu - FOTO
    Şəhid hərbçimiz dəfn olundu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər