Badamdarda sürüşmə oldu, yol bağlandı (YENİLƏNİB)

Badamdarda sürüşmə oldu, yol bağlandı (YENİLƏNİB)
  • Olay

  • Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdarda sürüşmə baş verən əraziyə gəlib.

    Asiya.az bildirir ki, V. Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.

    Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

    ***

    Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.

    ***

    08:42

    Badamdarda sürüşmə olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq".

    Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.


    Badamdarda sürüşmə oldu, yol bağlandı (YENİLƏNİB)
    Badamdarda sürüşmə oldu, yol bağlandı (YENİLƏNİB)
    PAYLAŞ:

    Oxşar xəbərlər