Azərbaycan millisinin futbolçusu saçını erməni bərbərə qırxdırır - FOTO

Azərbaycan millisinin futbolçusu saçını erməni bərbərə qırxdırır - FOTO
  • İdman

  • Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərovun Almaniyadakı bərbəri ermənidir.

    Bu barədə blick.de saytı məlumat yayıb.

    “Ertsqebirqe” klubunun yarımmüdafiəçisi Aue-Bad Şlema şəhərində biznesə başlayan erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. Bunu bərbər özü də açıqlamasında söyləyib. O bildirib ki, iş qurmaq üçün üç ay yarım əziyyət çəkib və bərbərxananı açdıqdan cəmi iki gün sonra ilk məşhur qonağı Dmitri Nəzərov olub.

    Ovik Manukyan bildirib ki, 2012-ci ildə Ermənistandan Almaniyaya gəlib. Onun sözlərinə görə, vətəni Ermənistan Azərbaycanla hələ də müharibə şəraitindədir.

    Qeyd edək ki, Dmitri Nəzərov Qazaxıstanda doğulsa da, Almaniyada yaşayır. O, 2014-cü ildən milliləşdirilərək yığmamıza cəlb olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər