Vilayət Eyvazov yol polisinin bütün rəhbər heyətini sərəncama göndərdi

Vilayət Eyvazov yol polisinin bütün rəhbər heyətini sərəncama göndərdi
  • Siyasət / Manşet

  • Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib...

    Əmrə əsasən, idarənin bütün rəhbər və zabit heyətini sərəncama götürülüb.

    Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R.Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.

    Xatırladaq ki, bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər