İngilislərdən Süleymaninin ölümü ilə bağlı şok iddia

İngilislərdən Süleymaninin ölümü ilə bağlı şok iddia
  • Dünya

  • İngiltərənin “The Independent Arabic” qəzeti iddia edir ki, İran generalı Qasım Süleymaninin Bağdadda ABŞ-ın hücumu nəticəsində öldürülməsilə əlaqəli iddia irəli sürüb.

    Bizimyol.info xəbər verir ki, ingilislər generalı Suriyada - Əsəd rejimində təmsil olunan vəzifəli şəxsin ələ verdiyini iddia edir. Qəzet yazır ki, Qərbdəki xüsusi orqanlarındakı mənbədən bu haqda məlumat alıblar.

    “İranlı general suriyalı yüksək vəzifəli bir şəxsin sızdırdığı məlumatlar nəticəsində ABŞ-ın hava hücumuna hədəf oldu. Süleymaninin Suriya torpaqlarında getdiyi yerlərlə bağlı detalları, özü və ətrafındakıların mülki təyyarə ilə səfər etməsi barədə məlumatları ABŞ-a sızdıran həmin şəxs uzun müddətdir ki, amerikalılarla əlaqədədir. Həmin şəxs şərt qoyub ki, Süleymani Suriyada olanda vurulmasın. Generalın təyyarədə olmasına əmin olandan sonra izləməyə başlayan amerikalılar Əbu Mehdi əl-Mühəndisin telefonunu da dinləyiblər. Onlar Süleymani ilə Mühəndis arasındakı telefon danışığını anbaan təqib ediblər”, - ingilislər belə yazır.

    Bu arada, İranın xarici işlər naziri Cavad Zərif Hindistanda verdiyi açıqlamada iddia edib ki, Amerika prezidenti Donald Tramp Qasım Süleymaninin qətlinə 7 ay öncə fərman vermişdi.

    “İnsanlar gərgin anlarında bağışlanmaz səhvlərə yol verə bilər. Nüvə razılaşmasının gələcəyi Avropadan asılıdır. 2015-ci ildəki nüvə anlaşması ən yaxşı razılaşmalar sırasındadır. İraqdan ABŞ əsgərlərinin çıxarılmasını biz istəməmişdik. Tramp Süleymanini öldürmək səlahiyyətini 7 ay öncə vermişdi”.
    PAYLAŞ:

    Oxşar xəbərlər