SON DƏQİQƏ - İlham Əliyev bu şəxslərə yüksək vəzifə verdi - SİYAHI

SON DƏQİQƏ - İlham Əliyev bu şəxslərə yüksək vəzifə verdi - SİYAHI
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 174; 2002, № 1, maddə 71; 2004, № 4, maddə 282, № 7, maddə 566; 2005, № 8, maddə 733; 2007, № 12, maddə 1251; 2009, № 2, maddə 93; 2012, № 5, maddə 442; 2015, № 11, maddə 1301; 2016, № 12, maddə 2174; 2018, № 7 (II kitab), maddə 1597) aşağıdakı dəyişikliklər edilib:

    1. 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

    "Komissiyanın sədri

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

    Azərbaycan Respublikasının Daxili İşlər naziri

    Azərbaycan Respublikasının Xarici İşlər naziri

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

    Komissiyanın katibi

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun üdiri.”.

    2. 2-ci hissədən "və hərbi məsələlər” sözləri çıxarılsın.
    PAYLAŞ:

    Oxşar xəbərlər