Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR
  • Siyasət / Araşdırma / Asiya TV

  • Yeni Azərbaycan Partiyasının 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Anar İsgəndərovun təbliğat kampaniyası çərçivəsində rayonun Kolatan kəndində seçicilərlə görüşü keçirilib.

    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

    Asiya.az xəbər verir ki, 18 yanvar tarixində Anar İsgəndərov doğulduğu Kolatan kəndində seçiciləri ilə görüşüb. Tədbiri iştirakçıları həmkəndliləri Anar İsgəndərov barədə ürəkaçan sözlər söyləyib, öz xatirələrini bölüşdülər.

    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

    Deputatlığa namizəd Anar İsgəndərov çıxışında Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş şəxslərə böyük etimad göstərdiyini bildirərək, qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq.

    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

    Masallı rayonu Respublikanın ən sürətlə dəyişən və yenilənən rayonu olduğunu deyən namizəd abadlıq və quruculuq işlərinin davam edəcəyini və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib.

    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

    Anar İsgəndərov kənd sakinlərinə səslənərək deyib, “Mən Kolatana kolatanlılardan səs almağa gəlməmişəm. Mən kolatanlıyam. Onsuz da mən onlardan, onlar məndəndir” deməsi və Ümummilli lider Heydər Əliyevlə görüşünü xatırlaması alqışlarla qarşılandı.

    Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildirdilr ki, 9 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi Anar İsgəndərova səs verəcəklər.

    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

    Tədbirdən sonra Anar İsgəndərov həmkəndliləri ilə çay süfrəsi arxasında söhbətləşib, onların problemləri ilə maraqlandı.

    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

    Daha sonra A.İsgəndərov doğulduğu Kolatan kəndində bir vaxtlar təhsil aldığı, sonradan isə müəllim kimi fəaliyyət göstərdiyi Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbi ziyarət edib, məktəbin müəllim kollektivi ilə görüşdü. Anar müəllim məktəblə bağlı xoş xatirələrini danışıb, xatirə şəkili çəkdirdi.

    Cəfər Cəfərov
    Asiya.az



    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR
    Anar İsgəndərov doğma kəndində seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər