“Ərkivan” mahnısının müəllifi kimdir?- Video

“Ərkivan” mahnısının müəllifi kimdir?- Video
  • Mədəniyyət

  • Ərkivan qəsəbəsi Masallı rayonunun ən böyük yaşayış massividir. Əhalisin sayına görə Respublikada böyük qəsəbələrdən biridir.

    Efir məkanında,el, şənliklərində tez-tez ifa olunan "Ərkivan" mahnısının müəllifi bəlkə də çoxlarına məlum deyil.

    "Ərkivan" mahnısının ilk ifaçısı, əməkdar artist, tanınmış xanəndə Ruzə İbişova ilə əlaqə saxladıq. Məlum oldu ki, "Ərkivan" mahnısının musiqisi musiqişünas, tanınmış tarzən Şamil İsmayılova, sözləri isə Ruzə İbişova və Şamil İsmayılova aiddir.

    “Ərkivan” mahnısının müəllifi kimdir?- Video



    Asiya.az xəbər verir ki, Şamil İsmayılov Azərbaycan Milli Konservatoriyasını birib. Bir müddət Milli Konservatoriyada və Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləyib. Musiqi nəzəriyyəsinə aid elmi məqalələrin müəllifidir. 80 - ci illərdən musiqi folkloru-unudulmuş mahnıların toplanması və nota köçürülməsi ilə məşğuldur. Ş. İsmayılovun topladığı uzun illər ifa olunmayan, tarixi XVIII-XIX əsrlərə aid olan mahnıları ilk olaraq əməkdar artist, tanınmış xanəndə-sənətşünas Ruzə İbişova Şamil İsmayılovun tarda müşayəti ilə ifa etmişdir. Ş. İsmayılov hazırda Türkiyənin Qars vilayətindəki Qafqaz Universitetində çalışır.

    “Ərkivan” mahnısının müəllifi kimdir?- Video




    Ruzə İbişova ölkəmizdə sayılıb-seçilən muğam ifaçısıdır. O, Asəf Zeynallı adına Musiqi Texnikumunu və Bakı Musiqi Akademiyasını bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəllimidir. AMEA-da doktorantıdır. Bir sıra elmi monoqrafiyaların və məqalələrin müəllifidir. R. İbişova "İrs" folklor, "Humayun" xalq alətləri ansambllarının, Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Ruzə İbişova yeganə xanım xanəndədir ki, Baba Salahov adına xalq çalğı alətləri ansamblının (bədii rəhbəri xalq artisti Ağasəlim Abdullayevdir) müşayəti ilə ifa etdiyi 7 muğam dəstgahı, zərb muğamlar, 100-dən çox bəstəkar və xalq mahnıları Azərbaycan Dövlət Televiziyasının Fondunda (Qızıl Fond) saxlanılır.

    Ruzə İbişova "Ərkivan" mahnısının ifasına görə "Masallı rayonu Ərkivan qəsəbəsinin fəxri vətəndaşı" adına layiq görülüb.

    Ruzə xanımın ifasında "Ərkivan" mahnısını təqdim edirik.


    PAYLAŞ:

    Oxşar xəbərlər