Asiya.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, nəticədə "Elektron ipoteka və kredit zəmanət sistemi” ("Elektron sistem") üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.
Hazırda Fond aidiyyəti təşkilatlarla birlikdə "Elektron sistem"in dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara əlavə məlumat veriləcək.