Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE

Mehriban Əliyevanın yeni köməkçisi Andrey Sipilin kimdir? - DOSYE
  • Siyasət

  • Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

    Asiya.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

    Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
    Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. (yeniavaz)
    PAYLAŞ:

    Oxşar xəbərlər