İrandan Azərbaycana sərnişin qatarı işə düşdü - Pulsuz işləyəcək

İrandan Azərbaycana sərnişin qatarı işə düşdü - Pulsuz işləyəcək
  • İqtisadiyyat

  • İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.

    Asiya.az "Report"a istinadla xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

    Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

    Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.
    PAYLAŞ:

    Oxşar xəbərlər