Təyyarədə doğulan uşaqlara hansı ölkələr vətəndaşlıq verir...

Təyyarədə doğulan uşaqlara hansı ölkələr vətəndaşlıq verir...
  • Maraqlı

  • Uşaqlar həmişə doğum evlərində dünyaya gəlmir. Təyyarədə doğulanlar da olur. Bəs onlar bu halda hansı ölkənin vətəndaşlığını daşıyır?

    Asiya.az xəbər verir ki, bu cür doğulan uşaqlar üçün 4 seçim imkanı yaranır. Birincisi, valideynlərinin vətəndaşlığını daşıdığı ölkə. İkincisi, təyyarənin məxsus olduğu ölkə. Üçüncüsü, təyyarənin eniş etdiyi ölkə. Dördüncüsü, nə qədər qəribə olsa da, uşağın doğumu zamanı havada üzərindən keçilən ölkə.

    Amma bir iş var ki, bütün ölkələr bu müddəaları yaxına buraxmır. Dünyanın yalnız 35 dövləti təyyarədə doğumla bağlı vətəndaşlıq verilməsi razılaşmasına qol qoyub. Siyahıya baxanda daha çox ABŞ və Kanadanın adları diqqət çəkir. Avropa dövlətlərindən təkcə Rumıniya gözə dəyir. Qalan 32 dövlət isə bunlardır: Argentina, Braziliya, Paraqvay, Boliviya, Uruqvay, Kolumbiya, Çili, Peru, Venesuela, Beliz, Barbados, Antiqua və Barbuda, Qrenada, Qvatemala, Dominika, Qayana, Dominikan Respublikası, Honduras, Malayziya, Lesoto, Nikaraqua, Meksika, Panama, Pakistan, Sent-Kristofer və Nevis, Sent-Lyusiya, Salvador, Sent-Vinsent və Qrenadina, Fici, Yamayka, Ekvador, Trinidad və Tobaqo.

    Bəzi aviaşirkətlər körpənin təyyarəsində dünyaya göz açmasını çox yüksək qiymətləndirir. Uşağa uzunmüddətli pulsuz uçuşlar hədiyyə verilə bilər. Bu imtiyazın onun bütün həyat dövrünə də şamil edilməsi mümkündür. Bir ənənə də var: uşağa komandirin adını qoymaq.

    Amma medalın o biri tərəfi haqda da unutmaq olmaz. Təyyarədə uşaq dünyaya gətirmək çox təhlükəlidir. Həm ana, həm də körpə üçün ciddi təhlükə yaranır.
    PAYLAŞ:

    Oxşar xəbərlər