Azərbaycanda 9 gün dərs olmayacaq

Azərbaycanda  9 gün dərs olmayacaq
  • Cəmiyyət

  • Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

    Asiya.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

    Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

    Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər