Azərbaycanda məktəb direktoru narkotiklə tutuldu - FOTO

Azərbaycanda məktəb direktoru narkotiklə tutuldu - FOTO
  • Hadisə

  • Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

    Asiya.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

    Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

    P.Zeynalov 2008-2011-ci illərdə Xızı rayon Şahmat məktəbinin direktoru işləyib.

    Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.


    Azərbaycanda məktəb direktoru narkotiklə tutuldu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər