Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü - FOTO

Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü - FOTO
  • Olay

  • Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

    Asiya.az trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

    Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

    Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

    Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.

    "Kaş Polad yox, mən öləydim. Varımdan-yoxumdan olmuşam. Elə bil dünya dağılıb, altında qalmışam".

    Bunu Qaynarinfo-ya açıqlamasında Kəlbəcər Rayon 19 saylı tam orta məktəbin direktoru Nadir Əsgərov 4-ci sinif şagirdi Polad Ömərovun ölümündən danışarkən deyib. O bildirib ki, Poladın ölümü onu sarsıdıb:

    "Ürəyimə bir dağ oldu. Hadisə dekabr ayının 28-də baş verib. Gecə Poladı qapılarında it qapıb. Aparıb 3 iynə vurdurublar. Amma xeyri olmayıb. İtin quduzduğu çox olub, iynələr ona təsir edə bilməyib. Axşam onlarda idim, narahat oldum, ailəyə dedim ki, təcili gedin iynə vurdurun, siz Poladla təmasda olmusunuz. Onlar da gedib Pirallahı xəstəxanasında müayinə olundular. Hər ehtimala qarşı bu lazım idi".

    Nadir Əsgərov bu hadisədən sonra məktəbdə şagirdlərin sayının azaldığını vurğulayıb:

    "Dəhşətdi, it buraları başına götürüb. Heç kəs bilmir ki, Poladı dişləyən it ölüb ya yox. Uşaqlar qorxu içindədir. Həmin iti tanımırlar ki, tutsunlar. Uşaqlar məktəbə maşınla gəlib-gedir. Məktəbin ətrafı, kəndin içi o itlərlə doludur. Bəlkə həmin it başqa bir itlə boğuşub. Belə olan halda həmin it də quduzlaşır. Kömək edin. Hər yerə müraciət etmişəm, gəlin bunun qarşısını alaq. Səsimi eşidən yox. Bu itlər ərazidə təhlükə mənbəyidir. İnsanların həyatı təhlükədədir".


    Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər