Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR

Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
  • Cəmiyyət / Asiya TV

  • VI çağırış Milli Məclisə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədi Firdovsi Cəbrayılov dünən Ərkivan qəsəbəsində seçicilərlə bayram əhval ruhiyəsində görüşüb.

    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR

    Asiya.az xəbər verir ki, 9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığa namizəd Firdovsi Cəbrayılov Respublikanın qədim və böyük yaşayış məntəqələrindən biri olan Ərkivan qəsəbəsində olub.

    Görüş öncəsi Firdovsi Cəbrayılovun Ərkivan şəhidləri üçün ucaldılan abidəni ziyarət edib.

    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR

    Ziyalılar evində 300-də artıq qəsəbə sakininin iştirakı ilə keçən izdihamlı görüş Azərbaycan himninin sədaları ilə başlayıb.
    Görüşdə qəsəbə ziyalıları, ağsaqqallar, müəllimlər namizədə isti münasibət bəsləyib, seçkilərdə ona səs verəcəklərini bildiriblər.

    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR

    Seçicilərlə səmimi söhbət edən F.Cəbrayilov seçiləcəyi təqdirdə həyata keçirəcəyi işlər, planları barədə ətraflı məlumat verib. O bildirib ki, “Mən seçkilılərə ölkə başçsısı İlham Əliyevin çağırışı ilə qatılmışam. Biz hər zaman düşünülmüş uğurlu siyasəti dəstəkləyəcək, günü-gündən qüdrətlənən Azərbaycanımız üçün çalışacağıq”.

    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR

    Sakinlərinin xahişi ilə F.Cəbrayılov Ərkivanın Bələdiyyə binası ilə Uşaq baxçasının beş addımlığında yerləşən, illərdir təmirə ehtiyacı olan küçə ilə tanış olub.


    Tədbirin rəsmi hissəsindən sonra Bakı şəhərindən namizədə dəstək olmaq üçün gələn Əməkdar artist Baloğlan Əşrəfov, müğənnilər Elşad QarayevŞahin Ağayev sakinlər qarşısında konsert proqramı ilə çıxış ediblər.

    Cəfər Cəfərov
    Asiya.az





    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    Firdovsi Cəbrayılov Ərkivan qəsəbəsində seçicilərlə görüşdü - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər