Azərbaycanda İLK ! YAP namizədi ilə Jurnalist namizəd görüşdü.

Azərbaycanda  İLK ! YAP namizədi ilə Jurnalist namizəd görüşdü.
  • Siyasət / Araşdırma / Manşet

  • Azərbaycanda keçirilən Milli Məclis seçkilərinin təbliğat – təşviqat prosesində maraqlı və görünməmiş hadisə yaşanıb.

    Asiya.az xəbər verir ki, 18 saylı Nərimanov – Nizami seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş , iş adamı Xudaqulu Rzayev ilə dairənin ən gənc , müstəqil namizədi Məmmədzadə Tural arasında görüş keçirilib. Çoxsaylı insanların iştirakı ilə baş tutan görüşdə seçki qabağı təbliğat prosesi , seçicilərin fəallığı , ərazi üzrə əhalinin təklif və problemləri , seçki gününə hazırlıq və Azərbaycanda keçirilən növbədənkənar seçkilərin ümumi müzakirəsi aparılıb.

    Maraqlıdır ki , dünya ölkələrində seçki prosesində tez – tez keçirilən bu tip namizədlər arası nəzakət görüşləri bu il ilk dəfə olaraq Azərbaycanda da keçirildi. Hər iki namizəd xalqı seçkilərdə fəal olmağa , öz arzuladıqları namizədi seçkilərdə dəstəkləməyə çağırdılar. Görüşün sonunda namizədlər bir – birlərinə seçkilərdə uğurlar arzu edib , xatirə şəkilləri çəkdirdilər. Namizədlər bir- birlərinə məxsus şəkilləri əlində tutmaqla digər bütün namizədləri də, sağlam rəqabət aparmağa və sivil , ədalətli mübarizəyə çağırdılar.
    Qeyd edək ki , Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Rzayev Xudaqulu Əhət oğlu , tanınmış iş adamıdır və Minera Şirkətlər Qrupunun rəhbəridir.

    Digər namizəd Məmmədzadə Tural Sahib oğlu isə bitərəfdir və jurnalist fəaliyyəti ilə məşquldur, dairə üzrə ən gənc namizəddir.


    Azərbaycanda  İLK ! YAP namizədi ilə Jurnalist namizəd görüşdü.
    Azərbaycanda  İLK ! YAP namizədi ilə Jurnalist namizəd görüşdü.
    Azərbaycanda  İLK ! YAP namizədi ilə Jurnalist namizəd görüşdü.
    Azərbaycanda  İLK ! YAP namizədi ilə Jurnalist namizəd görüşdü.
    PAYLAŞ:

    Oxşar xəbərlər