"SAĞLAM GƏLƏCƏYINƏ SƏS VER!" Məhsəti Əli qızı Hüseynovanın Seçki platforması

  • Cəmiyyət

  • Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı islahatlar və yeniləşən gəncləşmə siyasətinə, dayanıqlı inkişaf proqramlarına dəstək vermək
    Azərbaycan milli mənəvi dəyərlərinin, tarixi abidələrinin, dahi şəxsiyyətlərinin, Qarabağ problemlərinin və həqiqətlərinin dünyaya çatdırırlmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın gördüyü işlərə dəstək vermək
    Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər işdə yaxından iştirak etmək
    Sosial-iqtisadi islahatların davam etdirilməsinə, vətəndaşların həyat səviyyələrinin yüksəldilməsinə xidmət edən qanunların qəbul edilməsinə çalışmaq
    Elm və təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına və gənclərin dünya təhsil sisteminə inteqrasiyasına çalışmaq, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək
    Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarına lazımi dəstəyinverilməsinə çalışmaq
    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin korrupsiya və məmur özbaşınalığına qarşı apardığı qətiyyətli mübarizəyə dəstək vermək, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək
    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müstəqil xarici siyasətinin beynəlxalq mövqelərini daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin əhali arasında əhəmiyyəti haqqında maarifləndirilməsi işləri aparmaq və bu yolda ictimai dəstək vermək
    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq seçicilərin yanında olmaq, onların problemlərini araşdırıb həllinə çalışmaq
    Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi
    Nərimanov rayonunda həyata keçirilən sosial infrastruktur layihələrin icrası zamanı ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmək
    Gənclərin asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinin təbliğinə nail olmaq onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması
    Gənclərin və yeniyetmələrin sağlamlığının qayğısına qalmaq və zərərli vərdişlərdən uzaq durmaq məqsədilə müxtəlif idman klublarına cəlb edilməsi, yaşlıların və xüsusən də qadınların boş vaxtlarını idmana həsr etməsi üçün müxtəlif imkanların yaradılmasına çalışmaq
    Uşaq və yeniyetmə, gənclər arasında keyfiyyətsiz və zərərli qidalar haqqında maarifləndirmə işlərinin təşkilinə çalışmaq, əhalini sağlam həyat tərzi və qidalanmaya sövq etmə işlərinə dəstək vermək
    Kütləvi İnformasiya vasitələri ilə sağlam həyat tərzi və qidalanmaya aid əhalinin müntəzəm olaraq maarifləndirilməsi işlərinin görülməsini həyata keçirmək
    Uşaq bağçaları və orta məktəblərdə verilən/satılan qidaların sağlamlığına və qida təhlükəsizliyi qaydalarına mütamadi olaraq ictimai nəzarətin formalaşdırılmasına çalışmaqla milli genefondumuz olan gələcəyimizi qorumaq
    Vətəndaş cəmiyyəti qurumlarının yaradılması və gənclər arasında ictimai nəzarət mexanizminin yaradılmasında maarifləndirmə işlərini təşkilinə çalışmaq
    Könüllülük hərəkatının gənclər arasında maarifləndirmə işlərinin təbliği və təşviqi
    Gənclər arasında vətənpərvərlik və milli mənəvi dəyərlərimizin aşılanması istiqamətində ictimai fəallığın artırılmasına dəstək olmaq
    Azərbaycandan xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarında tariximizə və son illərdə ermənilər tərəfindən törədilmiş haqsızlıqlar barədə təbliğat işlərinin aparılmasına çalışmaq
    Qadınların və qızların problemlərinin həllinə çalışmaq, onların inkişafı ilə bağlı sistemli layihələr həyata keçirmək, iqtisadi müstəqilliyin və ictimai-siyasi fəallığın artmasına nail olmaq
    Vətəndaşların məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində layihələr həyata keçirmək
    Mütəmadi olaraq dövlətimizin daxili və xarici siyasətini ictimaiyyətə və gənclərimizə təbliğatına dəstək vermək
    Azərbaycanda mövcud olan unikal multikulural mühitin təşviqi və təbliğinə dəstək vermək
    Azərbaycan Respublikası üzrə turizmin daha da inkişaf etdirilməsi ilə bağlı müxtəlif proqramlar hazırlamaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər