“Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

“Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
  • Araşdırma / Cəmiyyət / Manşet

  • 71 saylı Masallı kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Anar İsgəndərovun seçiciləri ilə görüşləri davam edir.

    Asiya.az xəbər verir ki, YAP-ın namizədi bu gün Tüklə, MəmmədobaHişkədərə kəndlərində yaşayan seçicilərlə görüş keçirib.
    Görüş iştirakçıları öncə Tüklə kənd şəhidləri üçün ucaldılmış abidəni ziyarət edib, ruhlarına rəhmət diləyiblər. A.İsgəndərov qonaqlara vaxtı ilə abidənin yaxınlığında yerləşən Gəray Əsədov adına “Alov” pianer düşərgəsində keçən uşaqlıq illərindən danışıb.

    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

    Tədbiri YAP-ın Masallı rayon təşkilatının nümayəndəsi açaraq seçiciləri Anar İsgəndərovun platforması ilə tanış etdi.

    Orta məktəbdə riyaziyyat fənnindən Anar İsgəndərova dərs demiş Urşan Tağıyev namizədin məktəb illərindən, A.İsgəndərovun LDU-da tələbəsi olmuş tarix müəllimi Hakim Qurbanov, BDU-da tələbəsi olmuş şərqşünas Rasim Qurbanov onun Universitetdə necə qayğıkeş müəllim olmasından danışdılar.

    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

    Anar İsgəndərov çıxışında bildirdi ki, “Siz məndən, mən də sizdənəm. Bu kənd, sakinlər mənə doğmadır. Əgər Millət vəkili seçilərəmsə hər zamankı kimi qapım hamının üzünə açıq olacaq”.

    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

    Tədbirdən sonra sakinlərin xahişi ilə Anar İsgəndərov Ə.İbadov adına Tüklə kənd tam orta məktəbin dağılmış, illərdir əsaslı təmirə ehtiyacı olan binası ilə tanış oldu. Məktəbin 9-cu sinif şagirdi fənn olimpiadasının qalibi Rinat Əkbərovla görüşüb, təhsili ilə maraqlandı.
    Deputatlığa namizəd A.İsgəndərov qocaman müəllim Əlisoltan Rəhmətovun həyətində çay süfrəsinə qonaq oldu.
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

    Sonra Anar İsgəndərov Məmmədoba kənd sakini Ceyran Zöhrabovanın evinə gedərək onun səhhəti, sosial qayğıları ilə maraqlandı. 94 yaşlı Ceyran nənə seçkilərdə deputatlığa namizədə xeyir-dua verdi.

    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    Məmmədoba kəndində digər görüş isə kənd zəhmətkeşi Atamalı Xamıyevin həyətində oldu. Atamalı kişi ailə üzvləri ilə birlikdə Anar müəllimə səs verəcəklərini bildirdi.
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)



    Anar İsgəndərovun seçicilər ilə növbəti görüşü Hişkədərə kəndində oldu.

    Görüşü YAP-ın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq VI çağırış Milli Məclisə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədini seçicilərə təqdim etdi.
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

    Anar İsgəndərov çıxış edərkən, Beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etdiyini, 30-dan çox ölkə başçısının əlini sıxdığını, Ümummilli lider Heydər Əliyevlə olan xatirələrini seçicilərə danışaraq, 9 fevral seçkilərində ona səs vermələrini xahiş etdi.

    Çıxış edən orta məktəbin tarix müəllimi Nizami Fətullayev kənddəki Diyarşünaslıq muzeyinin təmirə ehtiyacı olmasını, informatika müəllimi Vəfa Kərimova müəllimlərin yaş həddinin, “uşaq pulu”nun artırılmasının vacibliyini namizədin nəzərinə çatdırdılar.
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)

    Kənd Dini icmanın sədri Söhrab Ağayev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nahid Məmmədov kənd sakinlərini aktiv olmağa, seçki günü ən layiqli namizəd – Anar İsgəndərova səs verməyə çağırdılar.

    Cəfər Cəfərov
    Asiya.az


    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    “Siz məndən, mən də sizdənəm” – Anar İsgəndərov (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər