Uçuş zamanı yanan təyyarə İranda eniş edib

Uçuş zamanı yanan təyyarə İranda eniş edib
  • Olay

  • Uçuş zamanı yanmağa başlayan təyyarə İranda təcili eniş etməli olub.

    Asiya.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

    Yanğın Qorqandan Tehrana uçan laynerin bortunda başlayıb. İlkin ehtimala görə, təyyarənin motorlarından biri yanıb.

    Pilotlar təyyarəni uğurla endirə biliblər. Təcili eniş zamanı xəsarət alan olmayıb.

    Hələlik təyyarənin məxsus olduğu aviakompaniya və laynerdə olanların sayı ilə bağlı məlumat verilmir. (Oxu.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər