Babayandan Emilə göndərmə: “O futbolçular “Tobol”da oyanacaq ki...”

Babayandan Emilə göndərmə: “O futbolçular “Tobol”da oyanacaq ki...”
  • İdman

  • "Tobol”un baş məşqçisi Qriqori Babayan komandasının toplanışını dəyərləndirib.

    Asiya.az sport7.az-a istinadən xəbər verir ki, erməni mütəxəssis heyətdəki rəqabətə xüsusiylə vurğu qoyub.

    Sitat: "Komandada rəqabət olmalıdı. Kim daha hazırdısa, kimin xarakteri daha güclüdüsə, "Tobol”da da o futbolçu oynayacaq. Futbolçular məşqdə olmalı, çalışmalı, can qoymalıdı.

    Biz heç kimin yaşına, təcrübəsinə baxmırıq. Futbolçuların pasportu da önəmli deyil. Bu məqamların heç bir rolu yoxdu, vacib olan futbolçunun məşqlərdə özünü göstərməsidi”.

    Necə deyərlər, sitatın sonu. Babayanın sözlərindən belə başa düşülür ki, Azərbaycan millisinin qolkiperi Emil Balayevin məşqlərə qatılmaması çalışdırıcını narazı salıb. Baş məşqçi açıq dillə ona işarə vurur ki, Emilin pasportu, yaxud da təcrübəsi onun üçün heç bir əhəmiyyət daşımır. Məşqlərdə kim özünü göstərirsə, həmin futbolçular da oynayacaq. Bu sözlərdən sonra Emil üçün "Tobol” dəftəri”nin qapandığını söyləmək mümkündü.
    PAYLAŞ:

    Oxşar xəbərlər