Bakıda gənc müəmmalı şəkildə binadan düşdü,meyit tanınmaz halda (VİDEO)

Bakıda gənc müəmmalı şəkildə binadan düşdü,meyit tanınmaz halda (VİDEO)
  • Olay

  • Bakıda narkoman oğlanın balkondan yıxılması ilə bağlı hadisənin şok təfərrüatı məlum olub.

    Asiya.az xəbər verir ki, Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış»da ötən gün dəhşətli ölüm hadisəsi ilə bağlı məlumat verilib. Verilişə müraciət edən Muxtar bəy 6 yanvar tarixində qardaşının ölüm xəbərini aldığını bildirib. O, iddia edib ki, qardaşı narkoman olsa da, onun binadan yıxılmasına tam olaraq inanmadıqlarını bildirib.

    «Qardaşımın pis vərdişləri var idi. Biz onu müalicəyə də apardıq. Amma həmin günlərdə də o, iynədən istifadə edirdi. Bizə Binəqədi rayon polis idarəsindən zəng gəldi ki, qardaşın balkondan yəni, 5 ci mərtəbədən yıxılaraq dünyasını dəyişib. Bir gün sonra bizə dedilər. Mən inanmıram kİ.qardaşım özü hallı olub yıxılsın. Düşünürəm ki, onu balkondan itələyərək yıxıblar. Çünki, hadisədən bir gün əvvəl də, evimizdə qızıl-zinət əşyaları oğurlanıb».
    Amil Xəlilin «qardaşınızdan ya dostlarından indi şübhələnirsinizmi?» sualına o cavab verməkdə çətinlik çəkib. Tək istəyi işin normal formada araşdırılmasıdır.

    Qeyd edək ki, ilkin rəydə Əkbərin Ayna Sultanova heykəlinin yaxınlığındakı binadan yıxılaraq dünyasını dəyişdiyi deyilir.

    Həmin anları sizə təqdim edirik.


    PAYLAŞ:

    Oxşar xəbərlər