Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır – QİYMƏTLƏR!

Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır – QİYMƏTLƏR!
  • İqtisadiyyat

  • Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 25 fevral 2020-ci il tarixində növbəti dəfə nəqliyyat vasitələrinin hərracını keçirəcək.

    Sfera.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

    1-ci sətirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

    2-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

    3-cü sətirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

    4-5-ci sətirlərdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

    6-cı sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

    7-ci sətirdə "Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

    8-ci sətirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

    Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

    Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
    (tel:566-07-44)

    Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır – QİYMƏTLƏR!
    Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır – QİYMƏTLƏR!
    Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır – QİYMƏTLƏR!
    Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır – QİYMƏTLƏR!
    PAYLAŞ:

    Oxşar xəbərlər