Dəhşət! Azərbaycanlı Moskvada bıçaqla deşik-deşik edildi

Dəhşət! Azərbaycanlı Moskvada bıçaqla deşik-deşik edildi
  • Hadisə

  • Rusiyanın paytaxtı Moskvada azərbaycanlı öldürülüb.

    News-r.ru məlumat verir ki, hadisə Qaribaldi küçəsindəki evlərdən birinin qarşısında baş verib.

    Bazarda satıcı işləyən Mahir Əskərov işdən evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb.

    Həmin şəxs bıçaqla M.Əskərova çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçıb.

    Onun meyitini oğlu aşkar edib.

    M.Əskərova hücum anı binanın girişində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.

    Hadisənin səbəbləri məlum deyil.

    PAYLAŞ:

    Oxşar xəbərlər