Dünya çempionumuz faciəvi şəkildə öldü

Dünya çempionumuz faciəvi şəkildə öldü
  • İdman

  • Dağıstanlı sərbəst güləşçi, Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev Rusiyanın Voronej vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

    Asiya.az "Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə onun yaxınları "Midag.ru” saytına danışıblar.

    Məlumata əsasən, qəza Moskva-Həştərxan avtomobil yolunun 607-ci kilometrliyində, Voronej vilayətinin Qribanovski rayonunda baş verib. Nəticədə Dağıstandan olan dörd gənc dünyasını dəyişib.

    Qeyd edək ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci ilin avqustunda Macarıstanda keçirilən gənclər arasında sərbəst güləş üzrə dünya çempionatında qızıl medal qazanmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər