Masallı ağsaqqalları Anar İsgəndərovu seçir - FOTOLAR

Masallı ağsaqqalları Anar İsgəndərovu seçir - FOTOLAR
  • Sosial

  • 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Anar İsgəndərov Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qərargahında rayon ağsaqqalları ilə görüş keçirib.

    Asiya.az xəbər verir ki, rayon ağsaqqallarının qarşısında çıxış edən Anar İsgəndərov bildirib ki, Masallı ictimaiyyəti hər zaman ağsaqqal sözünə, xeyir-duasına xüsusi yanaşıb:

    “Bu əsrlərdən gələn tarixi ənənədir. Əgər bu gün rayonun ağsaqqalları məni seçib, mənə etimad göstərirsə, bu mənim üçün böyük fəxrdir. Zala baxıram, çoxlu sayda ağsaqqalımız mənimlə görüşə gəlib. Çox istərdim ki, mən özüm onların hər birinin ayağına gedim. Lakin sayları kifayət qədər çoxdur və kütləvi şəkildə mənim tədbirimə qatılmaqla böyük şərəf verirlər”.

    Çıxış edən Masallı ağsaqqalları bildiriblər ki, Anar İsgəndərov kifayət qədər dövlətçi ziyalıdır. Təsadüfi deyil ki, bu gün hakim partiya – Yeni Azərbaycan Partiyası onun namizədliyini irəli sürüb. İnanırıq və şübhə etmirik ki, 71 saylı dairənin seçiciləri 9 fevral seçkilərində ölkəmizin dünəninə, bu gününə, sabahına – Yeni Azərbaycan Partiyasının namizədi Anar İsgəndərova səs verəcək.


    Masallı ağsaqqalları Anar İsgəndərovu seçir - FOTOLAR
    Masallı ağsaqqalları Anar İsgəndərovu seçir - FOTOLAR
    Masallı ağsaqqalları Anar İsgəndərovu seçir - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər