İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR

İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR
  • Cəmiyyət

  • Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını davam etdirir.

    Asiya.az xəbər verir ki, İqbal Məmmədov ona məktub ünvanlayan uşaqlarla görüşüb.

    Bu barədə deputatlığa namizəd öz feyzbuk profilində paylaşım edib:

    "Dəyərli dostlarım və seçicilərim!
    Bir neçə gün əvvəl Lerikin ucqar Dızdipok kəndində yaşayan məktəblilər - Şahnaz və Şahmar balamızdan bir məktub aldım. Mənə ünvanladıqları məktubda xoş, səmimi sözlərlə yanaşı, relyefi və iqlim şəraiti çətin olan kənddə yasamaqlarina və digər çətinliklərə baxmayaraq əla qiymətlərlə oxuduqlarını və mənimlə görüşmək arzusunda olduqlarını bildirirdilər. Məktub məni həqiqi mənada çox təsirləndirdi. Sıx təbliğat və iş qrafikinə rəğmən vaxt tapıb bu gün onlarla görüşməyi özümə borc bilib kəndə yollandım. Sadə bir kəndli həyatı yaşayan kiçik bir ailədə olmaq, onlarla səmimi ünsiyyət qurmaq, onları dinləmək mənə çox xoş oldu".


    İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR
    İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər