“Sözün əsl mənasında sizin Millət vəkiliniz olacam” – Məşhur Məmmədov (FOTOLAR)

“Sözün əsl mənasında sizin Millət vəkiliniz olacam” – Məşhur Məmmədov (FOTOLAR)
  • Siyasət / Araşdırma / Manşet

  • 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

    Asiya.az xəbər verir ki, Məşhur Məmmədovun kəndlərə səfərləri böyük marağa səbəb olur və izdihamla qarşılanır. Bu silsilədən olan növbəti görüş rayonun Səmidxan və Alışanlı kəndlərində keçirilib.

    Hər iki kənddə tədbiri Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev açaraq YAP-ın namizədini seçicilərə təqdim edib.

    Səfalı Paşayev bildirib ki, “Hakim partiya – Yeni Azərbaycan Partiyası Məşhur Məmmədovun namizədliyini irəli sürməsi təsadüfi deyil. Biz inanırıq və şübhə etmirik ki, 70 saylı dairənin seçiciləri 9 fevral seçkilərində ölkəmizin dünəninə, bu gününə, sabahına – Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək”. Daha sonra natiq namizədin seçicilərlə görüşlərini mütamadi işıqlandıran media işçilərinə öz təşəkkürünü bildirib.

    Məşhur Məmmədov çıxışı zamanı əhalinin cari vəziyyəti, Səmidxan və Alışanlı kəndlərinin inkişaf imkanlarından danışıb. O, bildirib ki,

    “Deputat seçilərəmsə sözün əsl mənasında sizin Millət vəkiliniz olacam. Hər hansı bir təklifiniz, şikayətiniz olarsa, adiyatı qurumlar qarşısında qaldıracam. Masallıda təhsilin yüksək səviyyəyə qalxması üçün əlimdən gələn hər şeyi edəcəm. H.Z.Tağıyevin belə bir sözü var:
    “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.

    Sizdən xahiş edirəm, qız uşaqlarının təhsilini yarımçıq saxlamayın. Onları erkən yaşlarında evləndirib, bədbəxt etməyin. Biz masallıda qızların təhsil alması üçün fond yaratmağı nəzərdə tuturuq. Artıq bu fond Ədliyyə nazirliyindən qeydiyyatdan keçib.

    Bu gün bütün məscidlər təmirlidir, lakin məktəblərimiz yox. Əlbəttə ki, məsciddə lazımdır. Həzrəti Peğəmbərimiz elmə və təhsilə böyük əhəmiyyət verərək deyib ki,
    “1 saat elmlə məşğul olmaq 60 il ibadətlə məşğul olmağa bərabərdir”. Gəlin hamımız birlikdə təhsilimzi yüksəldək”

    Deputatlığa namizəd sonda seçiciləri daha güclü Azərbaycan naminə ona səs verməyə çağırıb.

    Çıxış edən ziyalılar, ağsaqqallar 9 fevral tarixində hamılıqla səslərini Məşhur Məmmədova verəcəylərini bildiriblər.

    Cəfər Cəfərov
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər