"Seçici kimə səs verəcəksə, o da seçiləcək" - İqbal Ağazadə (FOTOLAR)

"Seçici kimə səs verəcəksə, o da seçiləcək" - İqbal Ağazadə (FOTOLAR)
  • Sosial

  • 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə İnqilab bir daha İsmayılov küçəsindəki sakinlərlə görüş keçirib.

    Asiya.az xəbər verir ki, şıxış edən İqbal Ağazadə bildirib ki, saxtakarlığa əl atmaq istəyənlər buna imkan verməyəcəyimizi bilsinlər: "Bu dəfə saxtakarlıq olmayacaq. Kimsə buna ümid edirsə, yanılır. Seçici kimə səs verəcəksə, o da seçiləcək".

    Hər kəlməsində alqışlanan İ.Ağazadə ölkə vətəndaşlarının bəzi problemlərinə toxunaraq onların həlli üçün nə gərəkirsə edilməsinin vacibliyini vurğulayıb.

    Qeyd edək ki, bu görüşdə də izdiham yaşanıb. Seçicilər çıxış edərək namizədi dəstəklədiklərini və seçki günü ona səs verəcəklərini bildiriblər.


    "Seçici kimə səs verəcəksə, o da seçiləcək" - İqbal Ağazadə (FOTOLAR)
    "Seçici kimə səs verəcəksə, o da seçiləcək" - İqbal Ağazadə (FOTOLAR)
    "Seçici kimə səs verəcəksə, o da seçiləcək" - İqbal Ağazadə (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər