İstanbulda əməliyyat: “Lotu Quli”ni öldürmək istəyən 8 azərbaycanlı saxlanıldı

İstanbulda əməliyyat: “Lotu Quli”ni öldürmək istəyən 8 azərbaycanlı saxlanıldı
  • Hadisə

  • İstanbul polisi aralarında azərbaycanlıların da olduğu cinayətkar dəstəni həbs edib.

    Asiya.az xəbər verir ki, müxtəlif cinayət əməllərində iştirak etdiyi bildirilən və Rusiya ilə əlaqələri ortaya çıxan cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatda 16 nəfər saxlanılıb. Onlardan 8-i Azərbaycan, 4-ü Gürcüstan, 3-ü Ukrayna, 1-i Rusiya vətəndaşıdır.

    Şübhəlilərin olduğu evlərdən 11 tapança və bir "AK-47” tipli avtomat silah, 222 güllə aşkar edilərək götürülüb. Saxlanılanlar İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə gətirilib.

    Türkiyyə mətbuatının verdiyi xəbərə görə dəstənin başçısı Andrı Malyi adlı Ukrayna vətəndaşıdır. Onların “Lotu Quli”ni və adamlarını öldürmək üçün İstanbula gəldikləri iddia edilir.

    İstanbulda əməliyyat: “Lotu Quli”ni öldürmək istəyən 8 azərbaycanlı saxlanıldı
    PAYLAŞ:

    Oxşar xəbərlər