Şamaxıda müəllim Avropa çempionunu qətlə yetirdi - TƏFƏRRÜAT - Yenilənib

Şamaxıda müəllim Avropa çempionunu qətlə yetirdi - TƏFƏRRÜAT - Yenilənib
  • Hadisə

  • Şamaxıda törədilən qətlin təfərrüatı məlum olub.

    Asiya.az apa-ya istinadən xəbər verir ki, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

    Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

    ***

    Şamaxıda "Yeddi Gümbəz” qəbiristanlığında qətlə yetirilən tanınmış idmançı olub.

    Asiya.az xəbər verir ki, söhbət sərbəst güləşçi Surxayev Ruslan Adil oğlundan gedir.

    Belə ki, 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi olan Ruslanı bıçaqlayaraq qətlə yetirib. İnsident onların arasında yaranmış mübahisə zəminində baş verib.

    Qeyd edək ki, sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, eyni zamanda gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatçısı olub.(qafqazinfo.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər