Azərbaycanda koronavirusla bağlı müəmma... Professor şərh edir

Azərbaycanda koronavirusla bağlı müəmma... Professor şərh edir
  • Sosial

  • "Çox güman ki, cinli turistlər Bakıya gələrkən yoxlanılmayıb”.

    Asiya.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirusların aşkar edilməsindən danışarkən deyib. Adil Qeybullanın fikirincə, həmin turistlər Bakıya xəstə halda gəliblər:

    "Ola bilsin ki, həmin vaxt çinli turistlərdə koronavirusun klinik əlamətləri olmayıb. Amma az miqdarda qrip virusunun əlamətləri olub. İstəlinən halda Çindən Azərbycana gələn bütün turistlər sərhəddə saxlanılmalı, müayinə edilməli və nəzarətdə olmalıdır. Bu məcburidir. Çünki infeksiyanın ən çox yayılan vaxtlarında bu, məcburi şəkildə həyata keçirilməlidir. Hər halda virus daşıyıcı olan xəstənin Azərbaycana girişi ilə bağlı tədbirlər vaxtında görülməlidir”.

    Qeyd edək ki, yanvarın 31-də Gürcüstanın Kazbegi rayonunda Azərbaycandan gedən bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib. Turistlərin arasında iki azyaşlıda yüksək hərarət aşkarlanıb. Müayinə zamanı hər iki uşaqda koronavirus deyil, "A” tipli qrip virusu aşkarlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər