Əflatun Qurbanov Ərkivan qəsəbəsində şəhid Mahir Binyatov küçəsində seçicilərlə görüşdü – VİDEO/FOTO

  • Siyasət / Manşet / Asiya TV

  • 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Əflatun Qurbanov rayonun Ərkivan qəsəbəsində şəhid Mahir Binyatov küçəsində yaşayan seçicilərlə görüşüb.

    Asiya.az xəbər verir ki, görüşdə çıxış edən deputatlığa namizəd Əflatun Qurbanov bildirib ki, təhsil, səhiyyə və sosial sahələrdə ciddi islahatlar aparılmalıdır.

    O, məhəlli və ölkə problemlərindən danışıb, onların həll olunması yollarını izah edərək bildirib ki, əgər etimad göstərib onu millət vəkili seçərlərsə bu problemləri qısa zamanda həll edilməsinə köməklik göstərəcək.

    Seçicilərdən Mirzəkişi Mirzəyev, Hünər Əliyev qəsəbənin eləcədə yaşadığları şəhid Mahir Binyatov adına küçəsinin yol, işıq, qaz və digər sosial problemlərini dilə gətiriblər.

    Seçicilər bildiriblər ki, onlar hamılıqla seçkidə iştirak edəcək və məhz öz həmyerliləri – Əflatun Qurbanova səs verəcəklər.

    Asiya.az

    Əflatun Qurbanov Ərkivan qəsəbəsində şəhid Mahir Binyatov küçəsində seçicilərlə görüşdü – VİDEO/FOTO
    Əflatun Qurbanov Ərkivan qəsəbəsində şəhid Mahir Binyatov küçəsində seçicilərlə görüşdü – VİDEO/FOTO
    Əflatun Qurbanov Ərkivan qəsəbəsində şəhid Mahir Binyatov küçəsində seçicilərlə görüşdü – VİDEO/FOTO
    Əflatun Qurbanov Ərkivan qəsəbəsində şəhid Mahir Binyatov küçəsində seçicilərlə görüşdü – VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər