“Problemini yaz, həll edək!” – Deputatlığa namizəd Xudaqulu Rzayev - FOTO

“Problemini yaz, həll edək!” – Deputatlığa namizəd Xudaqulu Rzayev - FOTO
  • Sosial / Araşdırma / Manşet

  • 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş deputatlığa namizəd Xudaqulu Rzayev indiyə qədər heç bir namizədin etmədiyi daha bir yeniliyə imza atıb.

    O, öz “Facebook” səhifəsində status paylaşaraq namizədi olduğu dairə ərazisində yaşayan seçicilərindən onları narahat edən istənilən problemi paylaşımın altında qeyd etmələrini xahiş edib.

    “DİQQƏT: Əziz seçicilər! İndiyə kimi sizə verilən bütün boş vədləri unudun! Çünki artıq real işlər görməyin vaxtıdır! Hər şey doğru və dəqiq olsun deyə indiyə qədər heç bir namizədin etmədiyi daha bir yeniliyə imza atmaq istəyirəm. Hörmətli 18 saylı Nərimanov və Nizami rayonu seçki dairəsində qeydiyyatda olan həmvətənlilərim! Sizdən edəcəyim birinci xahiş odur ki, bu paylaşımın altına ərazidə yaşadığınız istənilən problemi qeyd edəsiniz. Hər problem komandam tərəfindən ciddi şəkildə araşdırılacaq və hər kəs məsələdən xəbərdar olsun deyə fəaliyyətim dövründə Facebook üzərindən problemin həlli ilə bağlı hesabatlar paylaşılacaq.

    İkinci xahişim isə bütün bu yazılacaq problemlərə ciddi yanaşmağımız və həqiqi iş görməyimiz üçün 9 Fevral seçkilərində öz səsvermə hüququnuzdan mənim lehimə istifadə etməyiniz, sonra isə rahat şəkildə probleminizin həllini gözləməyinizdir.

    Götürdüyüm məsuliyyətin necə böyük və ciddi olduğunun fərqindəyəm. Bu səbəbdən çəkinmədən yaşadığınız problemlər haqqında yazmağa başlayın. Çünki sizin problemləriniz bizim problemlərimizdir. Sizin arzularınız isə bizim işimizdir!

    Ümid edirəm ki, seçkilərdən sonra söz verdiyim bu şeyi həyata keçirməyim üçün mənə yetərincə dəstək olacaqsınız!”


    “Problemini yaz, həll edək!” – Deputatlığa namizəd Xudaqulu Rzayev - FOTO
    “Problemini yaz, həll edək!” – Deputatlığa namizəd Xudaqulu Rzayev - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər