Ağciyər İnstitutunda 8 nəfər nədən ölüb? (PROFESSOR)

Ağciyər İnstitutunda 8 nəfər nədən ölüb? (PROFESSOR)
  • Cəmiyyət

  • "Mən demirəm ki, bu koronavirusdur, amma olma ehtimalı realdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla Elmi-Tədqiqat Ağciyər İnstitutunda yanvarın 15-dən bu günə kimi 8 nəfərin infeksiyadan dünyasını dəyişməsindən danışarkən deyib. Onun sözlərinə görə, hər il mövsümi soyuqdəymə xəstəlikləri zamanı müəyyən kateqoriyalı insanlar dünyasını dəyişir:

    "Bu ilin xəstəliyi isə koronavirusdur. Koronavirus təhlükəli xəstəlikdir. Artıq bu məsələyə Ümumdünya Səhiyyə Təşkilatı qarışıb. Bu, onun öhdəsində olan məsələdir, bütün dünya onun tövsiyyələri əsasında hərəkət etməlidir. Ölkədə karantin tədbirlər var. Əhali arasında maarifləndirmə üsullarına geniş yer verilməlidir. Bütün bunlar ondan ötrüdür ki, insanlar xəstələnəndə düz hərəkət etsinlər, xəstəliyi ayaqüstə keçirməsinlər. Xəstəliyi ağırlaşdırmaq olmaz. Əslində görünən reallıq odur ki, insanlar xəstəliyə önəm vermirlər. Müalicə olunan xəstəlik getdikcə ağırlaşır, immun sistemi zəifləyir, nəticədə xəstə həyatını itirir”.

    Aqil Qeybulla bildirib ki, bu günlərdə Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölənlərdən nümunələr götürülməli və analiz edilməlidir:

    "Ölənlərin burun boşluğundan, nəfəs yollarından yaxmalar götürülməlidir. Onların koronavirusdan dünyasını dəyişib-dəyişmədiyi aydınlaşdırılmalıdr. Təəssüf ki, biz bu araşdırmaların şahidi olmuruq”.

    Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda 15 gündə 8 nəfər infeksiyadan dünyasını dəyişib. Bu isə koronavirusun yayıldığı bir zamanda əhali arasında ciddi narahatlığa səbəb olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər