Azərbaycan günə 7 milyon dollar itirir – KORONAVİRUSA GÖRƏ

Azərbaycan günə 7 milyon dollar itirir – KORONAVİRUSA GÖRƏ
  • İQTİSADİYYAT

  • "Koronavirus Azərbaycana neft amili baxımından günə 7 milyon dollar zərər vurur”.

    Asiya.az sfera.az-a açıqlamasında bu sözləri koronavirusun kəskinləşməsi fonunda neftin qiymətinin enməsi və bunun nəticəsində Azərbaycana dəyən zəyanla bağlı açıqlama verərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

    "Azərbaycanda neftin qiymətinin bir dollar aşağı düşməsi əslində ortalama 500 min dollar itki deməkdir. Ona görə də qiymətin 1 dollar düşməsi belə ölkəmizə ciddi təsir göstərir.Çində baş verən son hadisələr, dünyada baş verən digər gərginliklər neftin qiymətinə mənfi təsir göstərdi və qiymət 71 dollardan 56-57 dollaradək düşdü. Belədə son iki həftədə qiymət təxminən 14 dollar enib. Bu o deməkdir ki, Azərbaycan mövcud vəziyyətdə günə 7 milyon dollar pul itirir. Azərbaycan üçün neftin qiymətinin təhlükəli həddi büdcədə götürülən qiymət olaraq 55 dollardır. Hələ ki, təhlükəli həddə yaxınlaşsaq da, ondan aşağı düşməyib. Ona görə də ölkədə manat və makroiqtisadi göstəricilərlə bağlı təhlükə hələlik özünü real olaraq göstərmir. Amma qiymətin daha da ucuzlaşması trendi var. Çünki korona virusundan ölənlərin, ona tutulanların sayı durmadan artır. Ölkələr qapılarını bağlayır. Ona görə neftin qiymətində növbəti ucuzlaşmanın olacağını da görə bilərik”.

    Həmsöhbətimizin fikrincə, korona virusu mart ayında pik həddinə çatacaq: "Mütəxəssislər korona virusunun hələlik pik həddinə çatmadığını söyləyir. Mart ayında pik həddinə çatacaq. Bu ehtimalı nəzərə alsaq neftin qiymətinin 50 dollardan aşağı düşməsi ehtimalı böyükdür. 50 dollardan aşağı olduqda isə Azərbaycanın itkiləri daha çox olacaq”.

    PAYLAŞ:

    Oxşar xəbərlər