Bakıda iki nəfər koronavirus şübhəsiylə karantinə alındı

Bakıda iki nəfər koronavirus şübhəsiylə karantinə alındı
  • Sosial / Manşet

  • "Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib”.

    Asiya.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin açıqlamasında məlumat verilib. Nazirlik bildirib ki, hər iki şəxsin vəziyyəti yaxşıdır:

    "Biri, 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır. Sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq. İkincisi isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər