Qənirə Paşayeva doğulduğu Düz Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR

Qənirə Paşayeva doğulduğu Düz Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR
  • Cəmiyyət

  • Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edən Qənirə Paşayeva bu dəfə doğulduğu və böyüdüyü Düz Qırıqlı kəndində sakinlərlə, şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranları ilə görüşüb, problemləri ilə maraqlanıb.

    Asiya.az xəbər verir ki, böyüyüb boya-başa çatdığı Düz Qırıqlı kəndinin seçiciləri Qənirə Paşayevaya hər zaman yanındayıq dedi: "Əziz Düz Qırıqlı sakinləri düz 14 il əvvəl ilk dəfə seçkilərdə iştirak edəndə sizə bir söz verdim. Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm. 14 illik deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. 14 il ərzində Düz Qırıqlının problemlərinin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yenə də əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı həm də insanlıq borcumdur və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam."

    Q.Paşayeva həmçinin ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.

    Qənirə Paşayeva ona hər zaman etimad və dəstək göstərən Düz Qırıqlı seçicilərinə təşəkkür edərək təkrar etimad göstərərlərsə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etmək üçün yorulmadan çalışacağını bildirib. Düz Qırıqlı sakinləri Qənirə Paşayevaya 14 illik fəaliyyəti dövründə etimadlarının nəinki azalmadığını əksinə daha da artdığını deyiblər. "Bu 14 ildə respublika daxilində və beynəlxalq qurumlarda fəaliyyətinizlə bizdə doğru seçim etdiyimiz fikrini hər gün daha da gücləndirdiniz, hər yerdə səsimiz oldunuz və ən əsası hər zaman bizdən birimiz olaraq müraciətlərimizə, problemlərimizə və qayğılarımıza diqqətlə, həssaslıqla yanaşdınız. Ona görə səsimizlə, etimadımızla sizə tam dəstəyimiz davam edəcək" deyən kənd sakinləri Qənirə Paşayevaya uğurlar diləyiblər.

    Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri, müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, veteranlarına dərin təşəkkürünü bildirən Q.Paşayeva sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür deyib.


    Qənirə Paşayeva doğulduğu Düz Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva doğulduğu Düz Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva doğulduğu Düz Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər