Bakıda yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirildi - Çindən gələnlər

Bakıda yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirildi - Çindən gələnlər
  • Sosial

  • "Bu gün üçün KTM-in yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib”.

    Aiya.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. Nazirlik bəyan edib ki, Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının vəziyyəti normaldır:

    "Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

    Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

    Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

    Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

    Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur.

    Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

    Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o, karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur”.
    PAYLAŞ:

    Oxşar xəbərlər