Prezident Vasif Talıbova orden təqdim etdi (FOTO)

Prezident Vasif Talıbova orden təqdim etdi (FOTO)
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

    Asiya.az xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlət başçısına məruzə edib.

    O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

    Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

    Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə "Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev "Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

    Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

    Prezident Vasif Talıbova orden təqdim etdi (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər