"Biz istəyirik, hərbi xidmət yaşı 23 yaşdan olsun" - İqbal Ağazadə (FOTO)

"Biz istəyirik, hərbi xidmət yaşı 23 yaşdan olsun" - İqbal Ağazadə (FOTO)
  • Siyasət

  • 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Şıxlinski 49 sakinləri ilə görüşüb.

    Asiya.az xəbər verir ki, yüzlərlə seçicinin iştirak etdiyi, xüsusi izdihamla seçilən görüşdə İqbal Ağazadə fevralın 5-də dövlətimizin adından Sovet Sosialist Respublikasının götürülməsinə işarə edərək bu günün önəmini vurğulayıb və görüş iştirakçılarını vətən yolunda şəhid olanların xatirəsinə sayğı duruşuna dəvət edib.
    Deputatlığa namizəd sonra ölkə və məhəlli problemlərdən danışıb:

    "Mən sizin bütün problemlərinizi bilirəm, keçən dəfə sizin haqqınızı tapdadılar, başqası deputat oldu. Nə siz onun üzünü gördüz, nə də o sizin. Bu dəfə isə biz haqqımızı qoruyacağıq. Amma bu dəfə səsimizi qanun çərçivəsində bütün gücümüzlə qoruyacağıq".

    İqbal Ağazadə daha sonra bildirib:

    ""Biz istəyirik ki, 18 yaşına qədər hər bir uşaq dövlətin himayəsində olsun, ailələrə uşaq pulu verilsin. Biz istəyirik, hərbi xidmət yaşı 23 yaşdan olsun. Bizim bütün prioritetlərimiz insanımıza xidmətlə bağlıdır".

    Seçkidə saxtakarlıq etmək istəyənlərə müraciətlə İ.Ağazadə belə dedi: "Qanundan, seçicidən qorxmursunuzsa, heç olmasa, Allahdan qorxun. Xalqın halal səsinə haram qatmayın".
    Seçicilər çıxış edərək İ.Ağazadəni əmin etdilər ki, seçkiyə gəlib məhz ona səs verəcəklər.


    "Biz istəyirik, hərbi xidmət yaşı 23 yaşdan olsun" - İqbal Ağazadə (FOTO)
    "Biz istəyirik, hərbi xidmət yaşı 23 yaşdan olsun" - İqbal Ağazadə (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər