Evdən qaçan üç uşaq anası Əfsanədən gözlənilməz addım

Evdən qaçan üç uşaq anası Əfsanədən gözlənilməz addım
  • Cəmiyyət

  • Qırmancla döyülən və 3 uşağı ilə evdən qaçan Əfsanə İsayeva əri ilə barışıb.

    Asiya.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar birliyinin sədri Kamalə Ağazadə deyib. O bildirib ki, Əfsanə İsayeva fevralın 4-də sığınacağı tərk edib:

    "Uşaqların da götürüb əri ilə buranı tərk etdi. Amma balaca uşaq hələ xəstəxanadadır, müalicə olunur. Əfsanə deyir ki: "Başqa yolum yoxdur. Qardaşlarım evlənəcək və ondan sonra uşaqlarım ortada qalacaq. Mən də bunu istəmirəm. Ondansa elə ərimin yanına qayıdacam. Döysə də, söysə də atasıdır”.
    Kamalə Ağazadə qeyd edib ki, bu barışıqdan sonra Əfsanə şikayətini geri götürəcəyini deyib.

    Qeyd edək ki, bir müddət öncə Xızı rayonunda ana və 3 övladı itkin düşmüş, qadını döyən həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxıb naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmamasını bildirmişdi. Bundan sonra Əfsanə İsayeva hüquq-mühafizə orqanları tərəfindən tapılaraq Azərbaycan Uşaqlar Birliyinə gətirilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər